Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2014-cü il tarixli Fərmanının icrası məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlak üzərində əvvəllər yaranmış mülkiyyət hüquqlarına dair sənədlərin kütləvi şəkildə çıxarışlarla əvəz olunması kampaniyasına start verib. Belə ki, "Daşınmaz əmlakın dövlət reyestr haqqında" Azərbaycan Respublikası Qanununu qüvvəyə minə tarixədək vətəndaşlara verilmiş mülkiyyət sənədləri, o cümlədən mülkiyyət hüquqlarını təsdiq edən aktların, şəhadətnamələr və qeydiyyat vəsiqələri kütləvi qaydada dövlət reyestrindən çıxarışlarla əvəz edilir.
İlkin mərhələdə bu kampaniya 13-14 noyabr tarixlərində Saatlı və Şəmkir rayonlarının bir neçə kəndində həyata keçirilib. Kampaniya üstünlüklərindən biri də dövlət reyestrindən çıxarışların vətəndaşlara mobil ofis xidmətləri vasitəsilə birbaşa olaraq yerlərdə təqdim olunmasıdır. Belə ki, vətəndaşları əvvəllər yaranmış mülkiyyət hüquqlarına dair sənədlər əsasında dövlət reyestrindən çıxarışları ərazi qeydiyyat idarələrinə getmədən bilavasitə yerlərdə əldə ediblər. Mobil ofislər vasitəsilə çıxarışların verilməsində məqsəd rahatlıq və çeviklik təmin etmək, vaxta qənaət etmək və vətəndaş məmnunluğunu artırmaq. Eyni zamanda, Xatırladaq ki, mülkiyyət sənədlərinin dövlət reyestrindən çıxarışlarla əvəz olunması ərazi qeydiyyat idarələrində də aparılır. Kampaniya keçirildiyi 2 gün ərzində 300-ə yaxın vətəndaşın əvvəllər yaranmış mülkiyyət hüquqlarını təsdiq edən sənədləri dövlət reyestrindən çıxarışlarla əvəz olunub.
Məlumata görə, noyabr ayından start verilən kampaniya respublikanın digər şəhər və rayonlarında da mütəmadi olaraq davam etdiriləcəkdir.
Komitə fəaliyyət istiqamətləri üzrə şəffaflıq və operativliyin artırılması məqsədilə 29 elektron xidmət, o cümlədən 2 onlayn xidmət istifadəyə verib. İlk onlayn xidmət sayəsində vətəndaşları daşınmaz əmlaka dair yüklülük axtarışlarını (Forma-1) notariuslarda onlayn qaydada əldə edirlər. Digər onlayn xidmət isə mülkiyyətçilərə daşınmaz əmlak barədə dövlət reyestrində qeydə alınmış məlumatlarla onlayn tanış olmaq imkanı yaradıb. Vətəndaşları daşınmaz əmlakın yüklü, girovda və ya həbsdə olması və digər reyestr məlumatlarını ərazi idarələrinə getmədən internet vasitəsilə öyrənə bilirlər. Bundan əlavə, daşınmaz əmlaka dair çıxarışlar, ipoteka, Lizinq əməliyyatlarının qeydiyyatı və ləğvi, texniki pasportların tərtib, xidmət haqlarının ödənilməsi digər hüquqi əməliyyatlarla bağlı elektron xidmətlər də vətəndaşları istifadəsindədir.
Qazeta.info komitənin mətbuat xidmətinə istinadən bildirir ki, Müasir informasiya texnologiyalarının tətbiqi ilə Daşınmaz Əmlakın Milli Qeydiyyat Sistemi və vahid korporativ kompüter şəbəkəsi yaradılıb. Hazırda daşınmaz əmlakların vahid elektron informasiya sisteminin yaradılması üzərində işlər aparılır.Bu məqsədlə, Bakı şəhərində qabaqcıl texnologiyalarla təchiz ediləcək İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin binası tikilir. Bakı şəhərinin bütün rayonları və respublikanın bütün Bölgələr üzrə müasir ərazi qeydiyyat idarələri fəaliyyət göstərir.
Məlumata görə, bu ilin aprel ayından həyata keçirilən mobil ofis xidmətləri daşınmaz əmlakın qeydiyyatı sahəsində vətəndaşlara göstərilən xidmətlərdə rahatlığın artırılması və sosial amillər gücləndirilməsi məqsədi daşıyır. Mobil ofislər daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətləri xüsusi sosial təbəqədən olan insanların (əlilliyi olan, ahıl, müxtəlif səbəblərdən hərəkət çətinlik olan vətəndaşları) ünvanına çatdırılır.
Xatırladaq ki məlumatda, daşınmaz əmlakın qeydiyyatında sahəsində görülən işlər bu il qeydiyyat ədədin rekord həddə çatmasına səbəb olub. Belə ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 168 min daşınmaz əmlak qeydiyyata alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə daşınmaz əmlakın qeydiyyatı 17,4% artdığı bildirilir.