Evdə kişi meyidi aşkarlandı
17.09.2015 599 0.0 0

Qazeta.info Fövqəladə Hallar Nazirliyinə istinadla bildirir ki, FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır.

Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər mənzilin giriş qapısını açmış, 1967-ci il təvəllüdlü Salahov Orxan Mehman oğlunun cəsədini aşkar etmiş və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 14:22-də başa çatmışdır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar