«Eurovision-2016»-da səslər yeni qaydalarla hesablanacaq
18.02.2016 730 0.0 0

“Eurovision-2016” mahnı müsabiqəsində səslər yeni qaydalar əsasında sayılacaq.
 
“Eurovision”un rəsmi saytına istinadən verilən məlumata görə, münsiflər heyəti və hər bir ölkədən olan televiziya tamaşaçıları müsabiqə iştirakçılarının çıxışını ayrı-ayrılıqda qiymətləndirəcəklər.
 
Qiymətləndirmə zamanı 1-dən 8-dək, habelə 10 və 12 bal veriləcək.
 
Yekun nəticələr elan olunarkən öncə münsiflər heyətinin verdiyi ballar açıqlanacaq, buna sonradan tamaşaçı səsverməsinin nəticələri əlavə olunacaq.
 
Yekun nəticələr açıqlanması ən zəif iştirakçıların ballarının elan olunmasından başlanılacaq. Məqsəd tamaşaçıları intizarda saxlamaqdır. Qeyd edək ki, ötən illərdə müsabiqə qalibinin adı nəticələrin elan olunmasından 20 dəqiqə öncə artıq bəlli olurdu./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar