ETSN: Bayıl sürüşmə zonasında bu gün aktivlik müşahidə olunmayıb
30.01.2018 790 0
"Bayıl sürüşmə zonasında nisbi sakitlikdir, bu gün aktivlik müşahidə olunmayıb".
Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
O qeyd edib ki, çatlar əvvəlki kimidir, böyük çatların uzunluğu 70 metr, görünən dərinliyi isə 6 metrdir: "Çatları Fövqəladə Hallar Nazirliyinin əməkdaşları doldurublar, yağış sularının qarşısını almaq üçün çatların üzərinə asfalt örtüyü çəkilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları isə dünən həmin ərazidəki mayakları dəyişib yeni mayaklar qoyublar. Bugünkü müşahidələr göstərir ki, çatlar dünənki vəziyyətdədir, dünənlə müqayisədə heç bir dəyişiklik yoxdur". /Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər