ABŞ-da qara dərili gənc Maykl Braunu öldürən polisin mühakiməsini gərəkli bilməyən məhkəmə qərarından sonra başlayan nümayişlərdə Ferqusonda dünən gecə 44 nəfər həbs olunub.
Qazeta.info Türkiyə mətbuatına istinadən bildirir ki, ABŞ-da 18 yaşındakı silahsız zənci gənc Maykl Braunu öldürən polisin mühakiməsini gərəkli bilməyən məhkəmə qərarından sonrakı gündə də ABŞ-ın dörd bir tərəfində yeni etiraz nümayişləri təşkil olunub.Lakin hadisələrin mərkəzi sayılan Ferqusonda gərginlik ilk günə nisbətən azaldığı bildirilir. Ferqusonun bağlı olduğu Missuri ştatının qubernatoru Cey Niksonun tələbi ilə şəhərə 2 min nəfərlik Milli Keşikçilər Birliyinin göndərilməsinin təsiriylə dünən gecə çox sayda çaxnaşma və dağıntılarla müşahidə olanan xaos mühiti az da olsa nəzarət altına alınıb.
Məlumata görə toqquşmalar zamanı , Polisin nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etdiyi bildirilir.Toqquşmalarda nümayişçilər bir polis texnikasına odlu silahdan atəş açıb, bələdiyyə binası və bəzi mağazaların da şüşələrini qırılıb.
Nümayişçilər bəzən polis qruplarına qaz bombası, məşəl, daş və donmuş su şüşələri atdığı bildirilir. Dünən 60-dan çox adamın həbs olunduğu şəhərdə bu gün də 44 nəfər polisin xəbərdarlıqlarına əməl etmədiyi səbəbiylə həbs olunub.
Xatırladaq ki, etiraz aksiyası yalnız Fergusonla məhdudlaşmayıb. Məhkəmənin qərarına etir olaraq Amerikalılar paytaxt Vaşinqton, Nyu York, Los Ancels, Çikaqo, Boston, Denver, Oukland, Atlanta, Klivlend, Sittle, Minneapolis, Portland kimi digər bəzi şəhərlərdə də küçələrə töküldü.
Nyu Yorkda "Birlik Meydanında" toplanan yüzlərlə nümayişçi Nyu Cersi ilə Nyu Yorku bir-birinə bağlayan Linkoln tunelinə doğru gedərək tuneldə avtomobil yolunu bağlamağa cəhd ediblər.Lakin polisin təsiri ilə nümayişçiləri tuneldən "Tayms" Meydanına sxışdırılıb nümayişçilərin burada 7 prospektin avtomobil yolunu bağlamaq istəyini gördükdə polis nümayişçiləri dağıtmaq üçün göz yaşardıcı qazıdan istifadə edib. Müdaxilə zamanı polis bəzi göstəriciləri nəzarətə aldı.
Paytaxt Vaşinqtonda da Mt. Vernon Meydanında toplanan minlərlə adam, Milli Portret Qalereyasına qədər getdi.Nümayişçilərin bəziləri, Maykl Braunun öldürülməsini simvollaşdıraraq yerdə hərəkətsiz uzanıb. Bununla kifayətlənməyən nümayişçilər Amerikanın bayrağını yandırıb.
Ouklandda nümayişlər davam edir.Burada nümayişçilər mərkəzi prospektin ortasında od yandırıb, polis texnikası və iş yerlərinə ziyan vurublar, ayrıca iki şosedə avtomobilin hərəkətinə maneə törədilib.
Atlantadakı bənzər hadisələrdə 21 nəfər, Denverdə bir avtomobil yolunu bağlayan 4 nəfər həbs olunub.
Bostonda da 1500 nəfərin qatıldığı böyük bir nümayiş təşkil olunub.
Portlandda da 1000 nəfərə yaxın etirazçının qatıldığı bir hərəkətdən ayrılan bəzi insanlar şəhər mərkəzində kütləvi nəqliyyata maneə törədib.Göz yaşardıcı qaz istifadə edən polis burada da bəzi nümayişçiləri həbs edib.