Ermənistanın yeni spikeri o ola bilər
18.05.2017 611 0
Ermənistan prezidenti Serj Sarqsyan yeni parlamentin sədri vəzifəsinə Ara Baloyanın namizədliyini irəli sürüb.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu hakim Respublikaçılar Partiyasının sözçüsü Eduarda Şarmazanov bildirib.
Bununla bağlı qərar partiyanın iclasından sonra bu elan olunub. Parlament sədirinin müavinləri vəzifəsinə isə Eduard Şarmazanov və keçmiş ədliyyə naziri Aspine Ovannisyanın namizdəliyi irəli sürülüb.
Qeyd edək ki, Ara Babloyan 1947-ci il mayın 7-də Yerevanda doğulub. İxtisasca uroloq-cərrahdır. Əvvəlki parlamentin səhiyyə, doğuş və uşaqlarla bağlı komissiyasının sədri olub.
Xatırladaq ki, bu gün Ermənistanın yeni parlamentinin ilk iclası olacaq.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər