İstəyirsiniz razılaşın, istəyirsiniz razılaşmayın, dünyada bir qisim adamlar üçün bu ölkə artıq Ermənistan yox, Kardaşyan ölkəsidir.
Məlumata görə, bunu erməni PR mütəxissis Vigen Akopyan erməni əsili pornoulduz Kim Kardaşyanın Ermənistana səfəri barədə deyib.
Onun sözlərinə görə, Kim Kardaşyanın səfəri Ermənistanda turizmin inkişafına ciddi təsir göstərəcək: “Bundan sonra Ermənistan bir brend kimi milyonlarla insanın turizm xəritəsində yer alacaq”.
Qeyd edək ki, Kim Kardaşyanın Ermənistana səfəri nə qədər hay-küylü olsa da, ölkədə onun gəlişinin əleyhinə ciddi etirazlar var. Bir sıra blogerlər onun gəlişini erməni qadınları üçün təhqir sayırlar.
Erməni bloger Qarik Papoyanın Kim Kardaşyan barədə yazdıqları isə çox sərt olub. “Xoş gəlmisən Kim Kardaşyan - həyatın boyu “həqiqi” erməni qadınının təcəssümu olmuş, erməni dəyərlərini yüksək tutmuş, ənənəvi erməni qadınının adına ləkə gətirməmiş qadın…”,- deyə Qarik Papoyan erməni porno ulduza satira dolu sətirlər ünvanlayıb.
Papoyan daha sonra üzünü Kim Kardaşyan aşiqlərinə tutub: “Hə, yalançı patriotlar, uzun müddətdir susuram. Vaxtınız çatıb, durun dükandan 30 kiloqram duz, 90 ədəd matnakaş (erməni təndir çörəyi - red.) götürün aeroporta qaçın, Kim Kardaşyanı qarşılayın”,- deyə bloger vurğulayıb.
Porno ulduzun Ermənistana səfəri yerli mətbuatda hətta Qarabağ məsələsindən də çox müzakirə edilir. Kim, Xloye və Kortni bacıları Ermənistanda “Keeping up with Kardashians” realiti-şousunun çəkilişində iştirak edirlər. /anspress/