Ermənistanı parçalayırlar
04.04.2015 946 0.0 0

Ermənistanın hakimiyyəti vilayətləri birləşdirərək quberniyalar yaratmaq niyyətindədir. 

Məlumata görə, bu zaman qubernatorlar müstəqil dövlət başçısı kimi səlahiyyətlərə malik olacaqlar. Bu çərçivədə Vayk vilayəti Sünikə, Ararat Armavirə, Lori Tavuşa, Araqatsyutn isə Şiraka birləşdiriləcək. 

Hakim Respublika Partiyasının parlament franksiyasının rəhbəri Vaqram Baqdasaryan məsələ ilə bağlı bildirib ki, bu, Rusiya təcrübəsinə uyğunlaşdırılacaq. “Rusiyada quberniyaların suverenliyi var, bizim qubernatorların (vilayət rəhbərlərinin) müstəqilliyi isə yoxdur” deyən fraksiya rəhbəri yaxın zamanlarda Ermənistanın federal dövlətə çevrilə biləcəyini vurğulayıb. 

Beləliklə, ermənilər özlərini Rusiya kimi federal dövlət dövlət sayacaqlar. Bununla da, yüz əlli ildir ki, “dənizdən dənizə” dövlət qurmaq istəyən ermənilərin imperiya arzusu həyata keçmiş olacaq. Nəlbəkidə fırtına effekti kimi. /anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar