2014-cü ildə Ermənistanın 5 min 242 vətəndaşı dünyanın 44 ölkəsindən siyasi sığınacaq istəyib.
Məlumata görə, bu barədə Ermənistanın "Haykakan jamanak" qəzeti yazıb. Qəzet bu rəqəmlərin Birləşmiş Millətlər Təşkilatının (BMT) məruzəsindən götürüldüyünü bildirir.
Məqaləyə görə, 220 nəfər dərhal bu istəyinə çatıb. Qalan müraciətlər isə araşdırma mərhələsindədir. Qəzet bildirir ki, BMT məruzəsinə görə, son iki ildə Ermənistandan siyasi sığınacaq üçün 10 min manat vətəndaş müraciət edib. Ermənistan vətəndaşlarını başa düşmək asandır - hakimiyyəti ələ keçirmiş “Qarabağ” klanı alternativ fikri siyasi tribunaya buraxmaq istəmir, bunun üçün hətta 2008-ci ilin 1 mart tarixindəki kimi qanlı qırğınlar törədir.
Siyasi miqrasiya ilə yanaşı Ermənistandan iqtisadi mühacirət də artıb. 2014-cü ildə Ermənistandan mühacirət 4 min nəfər artaraq 47 minə çatıb. Adamlar sadəcə ailəsini dolandıra bilmədikləri üçün ölkəni tərk edirlər. Hər il minə yaxın avtobus özləri ilə ləyən, tava, çaydan, çəngəl-qaşıq, stəkan və s. kimi məişət əşyaları aparan erməni ailələrini birdəfəlik Ermənistandan çıxarır. Bunun nəticəsidir ki, Ermənistanın sayı cəmi 900-ə çatan kəndlərinin bir neçə yüzü artıq boşdur. Bir neçə yüzündə isə yalnız icra nümayəndələrinin ailəsi qalır. /anspress/