Ermənistanda yeni baş nazir postundan kənarlaşdırıla bilər
14.01.2017 772 0.0 0

Ermənistanda müdafiə naziri Viqen Sarkisyanın baş nazir vəzifəsinə gətirilməsi üçün ictimai rəy formalaşdırılır.

Qazeta.info Report-a istinadən xəbər verir ki, Ermənistan prezidenti Serj Sarqsyan üçün 2017-ci ilin aprel ayından 2018-ci ilin aprel ayının 9-dək bu vəzifəyə ən yaxşı və mümkün namizəd ölkənin müdaifə naziri Viqen Sakrisyandır: "Bu məqsədlə ictimaiyyətin belə böyük dəyişikliklərə hazır olması üçün böyük səylər göstərilir. Məhz bu səbəbdən Viqen Sarqsyan respublikaçıların (ERP) siyahısında əvvəldə gələcək".

Nəşrin yazdığına görə, prezident səlahiyyətlərinin müddətinin birməsinə, yəni 2018-ci ilin aprel ayına qədər partiyanın müxtəlif yürüşlər və ictimai tədbirlər keçirmək planları da var: "Həmin tədbirlər zamanı iştirakçılar Serj Sarqsyana hökumətə rəhbərlik etməsi, yəni ölkənin baş naziri olması üçün "yalvaracaqlar". V.Sarkisyan 2018-ci il aprel ayının 9-dək öz vəzifəsindən imtina edəcək və prezident səlahiyyətlərinin müddəti başa çatdıqdan sonra Serj Sarqsyan baş nazir vəzifəsinə keçəcək.Bu halda Karen Karapetyan özü üçün müvafiq vəzifə tapa bilməsə, bu proqramı pozmaq üçün əlindən gələni etməli və ya böyük məvacibli "qazanc" üçün Rusiyaya qayıtmalıdır".


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar