Ermənistanda növbəti əsgər ölümü baş verib
27.01.2017 745 0
Ermənistan ordusunun hərbi hissələrinin birində müddətli hərbi qulluqçu ölüb.
Qazeta.info -nun APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi məlumat yayıb.
Məlumata əsasən yanvarın 26-da, saat 16:20 radələrində hərbi hissələrin birində hərbi qulluqçu Samvel Apinyanın səhhəti qəflətən pisləşib. Hərbi hissənin tibb bölümünə çatdırılan S. Apinyan orada ölüb.
Hadisə ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin edilib.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər