Ermənistanda mülki şəxslər orduya çağırılır
16.10.2015 622 0.0 0

"Ermənistan ordusunda əsgər çatışmamazlığı yaşanır. Buna görə də onlar hazırda mülki şəxsləri də silahlandıraraq sərhədlərə doldururlar."

Bunu sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər.

Nazirliyin məlumatına görə, Ermənistanın sərhəd kəndlərində növbətçilik qaydasında silahlı “drujinniklərin”(könüllülər) mühafizəyə cəlb olunması bizim üçün yeni xəbər deyil.

Əgər əvvəllər düşmən tərəfi bu cür praktikadan yalnız işğal olunmuş ərazilərdə istifadə edirdisə, bu gün artıq dövlət sərhəddində də erməni kəndlərinin mühafizəsinə rəsmi olaraq ordudan başqa mülki şəxsləri də cəlb etmək məcburiyyətində qalıb.

Dəfələrlə bildirdiyimiz kimi, qarşı tərəfin yerli əhalidən olan mülki şəxsləri silahlandıraraq səngərlərə doldurması Ermənistan ordusunda kritik həddə çatan əsgər çatışmazlığı, hərc-mərclik, nizam-intizamsızlıq və fərarilik hallarının artmasından, həmçinin Azərbaycan əsgərinin xofu və qorxusundan irəli gəlir.

Bunun əksinə olaraq Silahlı Qüvvələrimizdə xidmət böyük ruh yüksəkliyi, əzmkarlıqla təşkil edilib, şəxsi heyət qabaqlayıcı tədbirlər görməklə düşmənin bütün təxribatlarının qarşısını qətiyyətlə alır və ona sarsıdıcı zərbələr endirir. 

 


Ermənistan-Azərbaycan təmas xətti


Bütün bunların nəticəsidir ki, oktyabr ayının 10-da Ermənistan ordusu ilə gedən döyüşlərdə qarşı tərəfin 6 əsgərini məhv edilmişdi.

Nazirliyin məlumatında həmçinin qarşı tərəfin çox sayda yaralısı olduğu da öz əksini tapmışdı.

"Baş verən döyüşlər zamanı ordumuzun bir hərbi qulluqçusu yaralanıb. Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhəboyu əməliyyat şəraitinə tam nəzarət edir. Son vaxtlar cəhbədə Ermənistan -Azərbaycan təmas xəttində gərgin vəziyyət höküm sürür. Təkcə sentyabrın 26-dan 30-na kimi Ermənistan tərəfindən 11 əsgər məhv edilib, 16-sı yaralanıb",-deyə nazirlikdən bildirmişdilər./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar