Ermənistanda hakim partiyanın prezidentliyə namizədi məlum olub
19.01.2018 848 0
Ermənistanda hakim Respublika Partiyasının prezidentliyə namizədinin adı açıqlanıb.
APA-nın “Aysor.am”a istinadən verdiyi məlumata görə, bu gün Ermənistan prezidenti Serj Sarkisyan bəyan edib ki, yeni namizəd Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sarkisyan olacaq.
A. Sarkisyan 2013-cü ildən Ermənistanın Böyük Britaniyadakı səfiridir.
O,1996-1997-ci illərdə Ermənistanın baş naziri olub.
Hazırki prezidentin səlahiyyət müddəti bu il aprelin 9-da bitir.
Yeni prezident parlament tərəfindən 7 il müddətinə seçiləcək.
Prezident seçkisinin martın 2-də keçirilməsi gözlənilir.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər