Ermənistanda hərbi hissə aşpazlarına cinayət işi başlanıb
11.06.2016 856 0.0 0

Ermənistanda iki aşpaz ərzaq oğurluğunda təqsirləndirilir.
 
"news.am"-a istinadən verilən xəbərə görə, Ermənistan Məhkəmə Departamentinin məlumatında bildirilir ki, N saylı hərbi hissənin aşpazları Mqer Zaroyan və Ovsana Adamyan xeyli miqdarda ərzaq məhsulunu mənimsəyiblər.
 
Aşpazlar 14 kq donuz əti, 9,2 kq bitki yağı, 10 kq vermişel, 2 kq tomat pastası və 25 yumurta oğurlamaqda təqsirli bilinirlər.
 
Onların barəsində cinayət işi başlanıb, başqa yerə getməmək qərarı verilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar