Ermənistanda ana və oğlu çəkiclə öldürülüb
22.06.2016 722 0
Ermənistanın Gümrü şəhərində mənzildə meyitləri aşkarlanan ana və oğulun ölüm səbəbləri müəyyən edilib.
“news.am” saytına istinadən verilən xəbərə görə, məhkəmə-tibbi ekspertizanın nəticələrinə əsasən, ölümə qapalı kəllə-beyin travması səbəb olub.
Məlum olub ki, iyunun 17-də axşam saatlarında əvvəllər məhkum olunmuş 41 yaşlı
Gümrü sakini Qor Xaçatryan ana və oğula çəkic və şüşə ilə zərbələr vuraraq onları qətlə yetirib. Şübhəli şəxs artıq saxlanılıb./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər