Ermənistanda 200 nəfər saxlanılıb
18.07.2016 605 0.0 0

 Ermənistanda polis binasına hücumla əlaqədar 200 nəfər saxlanılıb.


“İnterfaks” agentliyinə istinadən verilən xəbərə görə, hazırda onlardan 50-si sərbəst buraxılıb.


Məlumata əsasən, hüquq-mühafizə orqanları onların “Təsis Parlamenti” təşkilatı və  Ermənistan Polisinin Patrul-mühafizə polkunun binasına hücum edən silahlı qrupla əlaqələrini araşdırır.


Xatırladaq ki, iyulun 17-də İrəvanda baş verən silahlı insident zamanı 1 polis əməkdaşı öldürülüb, 2-si yaralanıb. Polis idarəsini ələ keçirən  silahlı şəxslər 7 nəfəri girov saxlayır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar