Ermənistan silahlı qüvvələri Ağdamda hərbi təlim keçirir
13.04.2017 898 0
Ermənistan silahlı qüvvələri işğal altında olan Azərbaycan torpaqlarında hərbi təlim keçirir.
Məlumata görə, ermənilər bu gün saat 11:00-dən etibarən Ağdamın Uzundərə adlanan ərazisində təlimlərə başlayıb.
Erməni hərbçilər irimiqyaslı hərbi təlimlərdə əsasən ağır artilleriya qurğularından istifadə edirlər. Ağır artilleriya və zirehli texnikalardan açılan atəş səsləri rayonun bütün yaşayış məntəqələrində eşidilir./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər