Ermənistan Rusiyanı mənəviyyatsızlıqda ittiham etdi
08.04.2016 529 0
Ermənistan Rusiyanı mənəviyyatsızlıqda ittiham etdi
Ovanisyan öz Facebook səhifəsində məlumat yerləşdirib.
Ermənistan Müdafiə nazirinin mətbuat katibi Artsrun Ovanisyan Rusiyanın Azərbaycana silah təchizatının davam etdirəcəyi ilə bağlı məlumatları şərh edib, News.am-a istinadən xəbər verilir.
“Bütün baş verənlərdən sonra Azərbaycana silah təchizatının davam etdirilməsi mənəviyyatsızlıqdır”, - Ovanisyan öz Facebook səhifəsində yazıb.
Xatırladaq ki, Rusiyanın baş nazirinin müavini Dmitri Roqozin bildirib ki, Moskva Azərbaycana strateji tərəfdaşı kimi müqaviləyə müvafiq olaraq silah tədarükünə davam edəcək./oxu.az/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər