Moskvada keçirilən 5-ci Beynəlxalq Təhlükəsizlik konfransında iştirak edən Ermənistanın müdafiə naziri Seyran Ohanyan orduda yeni istefaların olmayacağını qeyd edib. Məlumata görə, Ohanyan bu barədə “Azadlıq Radiosu”na danışıb.
Ohanyan Moskva konfransında Azərbaycanlı həmkarlarıyla görüşmədiyini və bunu planlaşdırmağını bildirib. Rusiyayla münasibətlərə gəlincə, Ermənistanın müdafiə naziri Rusiya ilə əvvəlki tək əməkdaşlıq etdiklərini qeyd edib. Seyran Ohanyan bu sahədə "heç nə dəyişməyib" - deyə vurğulayıb.
Ohanyan hazırda Ermənistanın Rusiyadan əldə edilmiş silahı "mümkün qədər tez" ölkəyə çatdırmaq üçün çalışdıqlarını bildirib.
İşğalçı Ermənistan ordusu Qarabağda
Ötən il iyunun 26-da İrəvanda hökümətlərarası komissiyanın iclası çərçivəsində Ermənistan və Rusiya arasında 200 milyon dollar kredit razılaşması imzalanıb. Bununla Rusiya Federasiyası hökuməti Ermənistan ordusunun müasir silahla təminatı üçün 200 milyon dollar məbləğində güzəştli kredit ayırıb.
“İsgəndər-M” raketi
Bundan əvvəl erməni mənbələri xəbər vermişdi ki, Ermənistan Rusiyadan “İsgəndər-M” raket komplekslərini almaq barədə razılıq əldə edib. Məlumata görə, komplekslər Rusiyanın Ermənistana silah almaq üçün ayırdığı 200 milyon dollarlıq kredit çərçivəsində əldə ediləcək. Lakin sonra bu xəbərləri Ermənistan Müdafiə Nazirliyi də təkzib etdi.
“İsgəndər-M” raketi Rusiya hərbi sənayesinin ən son yeniliklərindən biridir. Bu raketlər 500 kilometr məsafədən hədəfə 100 faiz dəqiqliklə zərbə endirir və nüvə başlığı da daşıya bilir. “İsgəndər-M” kompleksləri NATO ölkələrinin sərəncamında olan ən mükəmməl “Patriot” və “Aegis” hava hücumundan müdafiə komplekslərinin müdafiəsini yara bilir. “İsgəndər” operativ-taktiki raketlərinin bir neçə modifikasiyası mövcuddur. Lakin onlardan ən müasiri “İsgəndər-M” raketləridir. “İsgəndər-M” raketlərinin ən mühüm özəlliyi ondadır ki, bu raketlər ballistik trayektoriya ilə hərəkət etmir. Start anından etibarən raket trayektoriyasını xaotik şəkildə dəyişir və ziqzaqvari hərəkət edir. Nəticədə ən müasir radar kompleksləri belə bu raketlərin trayektoriyasını dəqiq müəyyən edə bilmir./anspress/