Ermənistan Qarabağdan imtina etdi: `Müharibə istəmirik...`
21.11.2016 2177 0.0 0

İrəvanda hakimiyyətin “1000 dram” layihəsinə qarşı etirazlar davam edir.

Qazeta.info Publika.az-a istinadla xəbər verir ki, Ermənistanın yeni müdafiə naziri Viqen Sarkisyan parlamentdə müharibə şəraitində həlak olan və yaralanan hərbiçilərin ailələrinə yardım məqsədilə fond yaradılmasını və hər vətəndaşın həmin fonda “1000 dram” ödəməsini özündə əks etdirən layihə təqdim edib. Lakin bu təklif cəmiyyət tərəfindən sərt etirazla qarşılanıb.

“Epress” saytı yazır ki, sosial şəbəkələrdə “oğlunu itirdiyinə görə kredit ödəyir - #1000 dram” həştəqi yaradılıb.

Anonim müəlliflər tərəfindən yaradılan həştəqə mətn də əlavə olunub: “Bizim hesabımıza varlanırlar, bizim hesabımıza siyasətdə qalırlar, bizim hesabımıza bizi idarə edirlər və növbəti dəfə bizim üçün “yaxşılıqlar” edir. 1000 dram məsələsini çıxarıblar ki, bizi daha asan aldada bilsinlər. Müharibə hakimiyyət üçün əlverişlidir: bu hələ ki, başa çatmayıb. Buna görə də onlar rəhm etmirlər, müharibəni əbədiləşdirmək üçün bizim ağrımızı kütləşdirirlər. Lakin heç vaxt millətçilik xəstəliyini həll etmirlər, hansı ki, bu, yeni-yeni qurbanlar tələb edir”.

Anonim müəlliflər daha sonra qeyd edir ki, 1000 dramın yarısı Sarkisyanın cibinə gedəcəksə, yığılan pulların həlak olanların və yaralananların ailələrinə veriləcəyinə necə inanmaq olar?!

“Necə inanmaq olar ki, zabitlərin əlindən intihar edən əsgərlər “türk gülləsi”nə qurban gedən kimi təqdim olunmayacaq?! Deyirlər ki, ordu millətin qürurudur. Xeyr, ordu bu millətin dəhşətidir. Bizdə orduya getməmək üçün hər il ölkəni minlərlə gənc tərk edir. Hakimiyyət zorla orduya çağırmağa, boşboğazlıq etməyə və bizim hesabımıza yaşamağa davam edir. Bu, 1000 dram da belədir. Camaat məcbur edilir. Bunu verməyə imkanın olub-olmadığı heç kəsi maraqlandırmır”, - deyə etirazçılar bildirib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar