Ermənistan prezidentliyinə yeni namizədin adı məlum olub
17.01.2018 889 0.0 0

 Ermənistan prezidentliyinə yeni namizədin adı açıqlanıb.

“Jamanak”a istinadən xəbər verilir ki, bu posta Yerevanın Britaniyadakı səfiri Armen Sarqsyanın namizədliyi irəli sürüləcək.

Onun artıq Ermənistanda olduğu, son günlər bir neçə görüş keçirdiyi bildirilib. Xüsusilə hazırkı prezident Serj Sarqsyanın yaxın adamları və onun siyasi kursunu dəstəkləyənlər səfirlə görüşürlər.

A.Sarqsyan 1996-cı ilin dekabrından 1997-ci ilin fevralınadək Ermənistanın baş naziri olub. 2013-cü ildən ölkəsinin Böyük Britaniyadakı səfiridir. 

64 yaşlı A.Sarqsyanın Türkmənistan və Özbəkistanda biznesi var. Onun Yaxın Şərqdə və Britaniyada yaxşı çevrəsinin olduğu haqda məlumat yayılıb. Ona görə də ehtimal olunur ki, o həm də erməni diasporu və lobbisinin prezidentliyə namizədi ola bilər.

A.Sarqsyanın namizədliyinin hakim "Ermənistan Respublikaçılar Partiyası"ndan irəli sürüləcəyi ehtimal edilir. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın da adı namizədlər sırasında hallanır.

Mütəxəssislər hesab edirlər ki, Rusiya, xüsusilə ölkənin xarici işlər naziri Sergey Lavrov onun namizədliyini müdafiə edir. 2016-cı il avqustun 26-da Rusiya prezidenti E.Nalbandyanı “Dostluq” ordeni ilə təltif edib.

Bununla belə, onun prezident postu tutmaq istəməməsi barədə də məlumatlar yayılır. Ehtimal edilir ki, aprelin 9-dan sonra formalaşdırılacaq hökumətdə o, yenidən xarici işlər naziri olacaq və bu, hazırki XİN başçısı üçün ən yaxşı varinatdı. Çünki bu zaman E.Nalbandyan daha çox sərbəst olur və xarici ölkələri səyahət edə bilir. O, təqaüdə çıxdıqdan sonra Ermənistanın Fransadakı səfiri olmaq arzusundadır.

Qeyd edək ki, Ermənistan parlameti martın 2-də yeni prezident seçəcək. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar