Ermənistan prezidenti İrana gedəcək
24.07.2017 686 0
Ermənistan prezidenti Serj Sarqsyan avqustun 5-də İrana işgüzar səfər edəcək.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, səfər çərçivəsində İranın yenidən seçilən prezidenti Həsən Ruhaninin andiçmə mərasiminə qatılacaq.
İnformasiyaya əsasən, Serj Sarqsyan iyulun 24-dən etibarən qısamüddətli məzuniyyətə çıxıb.
Məlumata görə, o, məzuniyyətinin çox hissəsini xarici ölkələrdə keçirəcək.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər