Ermənistan ordusunun daha bir hərbçisi intihar edib
26.04.2017 819 0
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan ordusunun daha bir hərbçisi intihar edib.
Məlumata görə, Ermənistan KİV-inə istinadən xəbər verir ki, məlumatı ölkənin İstintaq Komitəsi yayıb.
İnformasiyaya əsasən, müddətli hərbi qulluqçu, 19 yaşlı Karen Avetisyan çənə nahiyəsindən aldığı güllə yarası nəticəsində ölüb. O, pulemyotdan özünə atəş açaraq intihar edib.
Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanılıb.
Məlumata görə, bu, son bir həftə ərzində Ermənistan ordusunda qeyri-döyüş şəraitində ölən 3-cü hərbçidir. /Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər