Ermənistan ordusundakı itkilər ifşa edildi
15.03.2016 896 0.0 0

Mart ayı ərzində ancaq daxili çəkişmələr, intizamsızlıq, silahla davranma qaydalarının pozulması və özünəqəsd nəticəsində təkcə rəsmi açıqlamalara əsasən Ermənistan ordusunda 5 nəfər ölüb, 10 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Məlumata görə, "Planeta Armenia" saytında dərc edilən xəbərdə bildirilir ki, Ermənistan hakimiyyəti bütün üsullardan istifadə edərək ordudakı neqativ halları və ölüm faktlarını gizlədir. Hətta bunu hüquqi cəhətdən rəsmiləşdirməyə və zor gücünə öz xeyrinə məhkəmə qərarlarının çıxarılmasına da nail olur.


Lakin bütün bu qadağalara baxmayaraq sosial şəbəkələrdə və açıq mənbələrdə yayılan məlumatların təhlili göstərir ki, ordumuzda vəziyyət bizim təsəvvür etdiyimizdən də qat-qat acınacaqlı, şətin və ciddidir.

Ordudakı ədalətsizliyin, aclığın, səfalətin və digər neqativ halların qurbanları fiziki və psixoloji cəhətdən zəif, düşdüyü mühitə uyğunlaşa bilməyən gənc əsgərlərdir. Bu vəzyyətdən yeganə çıxış yolunu isə onlar özünəqəsddə, müxtəlif bədən xəsarətləri yetirməklə xidmətdən boyun qaçırmaqda görürlər.

Bəzi hadisələri misal göstərmək olar. Məsələn, Ermənistandan hərbi xidmətə çağırılan zabit, Levon adlı taqım komandiri, içki məclisində Qarabağda xidmətin dözülməzliyi mövzusunda mübahisə zamanı yerli erməniləri və yezidi kürd hərbçini təhqir etdiyi üçün kütləvi dava düşüb.

Nəticədə bir neçə nəfər ciddi xəsarətlər aldığından təcili olaraq Stepanakert hərbi hospitalına çatdırılıb. Levonun isə həkimlər burun və bir neçə qabırğa sınığı diaqnozu qoyublar. Kütləvi davanın digər iştirakçıları isə İrəvandan gələn təhqiqat qrupunun üzvlərinə cavab verməli olacaqlar. Çünki artıq Ermənistanda yerli-qarabağlı prokurorlara etibar etmirlər.

 

"Planeta Armenia" saytında dərc edilən məqalə

Daha bir fakt. Marelyan soyadlı hərbçi tərəfindən amansızcasına döyülən Arman Rambelyan ağır vəziyyətdə hərbi hissənin tibb məntəqəsinə çatdırılıb.

Dağlıq Qarabağdan olan erməni komandiri Xron Qulyan tərəfindən şəxsi heyət qarşısında döyülən Ermənistandan çağırılan Yerem adlı hərbi qulluqçunun da səhhətində ciddi problemlər aşkar edilib.

Albert Saakyan adlı əsgər isə Qarabağ erməniləri tərəfindən təhqirlər ucbatından altı yerdən damarlarını kəsərək intihara cəhd edib.

Digər iki hərbçi - kəşfiyyatçı Arkadi Matevosyan və əsgər Levon Akopcanyan da   təhqirlərə  və alçaldılmaya tab gətirməyərək xidmət yerlərini özbaşına tərk ediblər.


Daha bir fakt isə martın 14-də Noyemberyan rayonu ərazisindəki yerləşən  hərbi hissələrin birində əsgərin ölümüdür. Elə aravot.am saytının yaydığı xəbərə görə əsgər Kamo Martirosyan məhz özünəqəsd nəticəsində dünyasını dəyişib. Amma ölüm hadisəsi çox mənasız və sadə səbəbdən baş verib.

Yemək zamanı bir banka “tuşonka”nı (qablaşdırılmış ət) əsgərlər və komandirlər arasında bölə bilmədikləri üçün təhqirlərdən bezən əsgər avtomat silahdan atəş açaraq özünü öldürüb.

Ermənistan hakimiyyətinin qadagalarına baxmayarq sızan məlumatlara əsasən belə bir sadə nəticəyə gəlmək olar ki, odrumuzda xidmətdən yayınma məqsədilə özünə xəsarət yetirmə adi hadisə, suiqəsd isə təbii haldır.

Amma narahatçılıq doğuran daha bir halda mövcuddur. Bu əsgərlər arasında panikadır. Orduda vəziyyət hətta o yerə çatıb ki, qorxudan erməni hərbçiləri tez-tez cəbhə xəttinin sağ və sol cinahlarında olan öz mövqelərini səhv salaraq atəşə tuturlar. 

P.S. Martın 15-də Ermənistan müdafiə nazirliyi Hərbi polisinin xüsusi əməliyyat  xidməti əməkdaşları tərəəfindən külli miqdarda rüşvət alarkən MN departamentinin əməkdaşı Arsen Qəribcanyan saxlanılıb. Necə deyərlər, əlavə şərhə ehtiyac yoxdur./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar