Ermənistan ordusunda növbəti qanlı insident baş verib
25.10.2017 710 0
Azərbaycanın işğal olunmuş Ağdərə rayonu istiqamətində yerləşdirilən Ermənistan ordusunun taborlarından birində növbəti qanlı insident baş verib.
Məlumata görə, gecə saatlarında iki hərbi qulluqçu arasında başlayan mübahisə sonradan qan tökülməsinə səbəb olub.
Artur Xaçaturyan təhqirlərə dözməyərək xidmət yoldaşına avtomat silahdan atəş açıb.
Güllələnən hərbi qulluqçunun öldüyü, yaxud hələ yaşadığı barədə məlumat əsgərin valideynlərindən də gizlədilir.
Faktla bağlı Ermənistan Müdafiə Nazirliyinin istintaq idarəsi tərəfindən araşdırma başlayıb./Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər