Ermənistan ordusunda daha bir itki (FOTO)
06.07.2015 701 0.0 0

Ermənistan ordusu daha bir əsgərini itirib. 

Məlumata görə, erməni mətbuatının yazdığı kimi, hadisə iyulun 4-də baş verib və hərbi qulluqçu 1995 təvəllüdlü Arsen Xaçatryan Azərbaycan tərəfinə hücum zamanı yaralanıb və bu gecə dünyasını dəyişib.

Hadisə qoşunların təmas xəttinin şimal-şərq istiqamətində gedən döyüş mövqeyində yerli vaxt üzrə gecə saat 01:30-da qeydə alınıb. 

 


 

(ölən erməni əsgəri) 

Ermənistan Müdafiə Nazirliyi faktı təsdiqləyib və bildirib ki, hadisənin baş vermə şəraitinin müəyyənləşdirilməsi üçün istintaq aparılır.

Ümumiyyətlə, erməni silahlı birləşmələri iyunun 28-dən iyulun 4-dək cəbhə xəttində atəşkəs rejimini 300 dəfə pozublar. 

Bu dövr ərzində Azərbaycan mövqelərinə qarşı tərəf müxtəlif istiqamətlərdə müxtəlif çarplı atıcı silahlardan 6 mindən çox atəş açılıb.

Təbii ki, Azərbaycan ordusu düşmənin fitnəkar hərəkətlərinə adekvat cavab verir və döyüş mövqelərinin təhlükəsizliyin təmin olunması üçün lazımlı addımları atır.

 

Bildirək ki, Ermənistan ordusunun zabitləri ötən gün Azərbaycanın işğal edilmiş Laçın rayonu ərazisində qəzaya düşərək həlak olublar. Hadisə Laçın - Xankəndi yolunun 28-ji kilometrində baş verib. Erməni zabitlərinin idarə etdiyi VAZ-2106 markalı avtomobil dərəyə yuvarlanaraq aşıb.

Hadisə zamanı 28 və 26 yaşlı iki nəfər zabit ölüb. Onlar Azərbaycanın işğal edilmiş Ağdərə rayonunda mövqe tutmuş Ermənistan hərbi hissələrində xidmət göstəriblər.

Qəzaya düşmüş VAZ-2106 markalı avtomobilin sərnişinlərindən iki nəfər isə yaralanıb. Onları Xənkəndi şəhərindəki səhra hospitalına aparıblar. İşğal ordusunun həkimləri erməni zabitlərinin vəziyyətini ağır kimi dəyərləndiriblər.


Bundan başqa, Ermənistanın iki pilotsuz uçan aparatı məhv edilib. İyulun 4-də cəbhənin Tərtər rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus 2 ədəd pilotsuz uçan aparat (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq açılan atəş nəticəsində məhv edilib.

Bu il yanvarın 29-da saat 14.00 radələrində cəbhənin Ağdam istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparat (PUA) Hərbi Hava Qüvvələrimiz tərəfindən məhv edilib.


Xatırladaq ki, Ermənistan-Azərbaycan münaqişəsinin tarixinə gəlincə, bu problem 1988-ci ildə başlayıb. Ermənilər öz dədə-baba yurdlarında - Dağlıq Qarabağda yaşayan azərbaycanlılara qarşı təcavüzkarlıq siyasəti yürütməyə başlayıb. Bunun nəticəsində 1991-1994-cü illərdə Dağlıq Qarabağ və ona bitişik 7 rayon işğal olunub. 1994-cü il mayın 11-də atəşin dayandırılması haqqında saziş - Bişkek protokolu imzalanıb. Hazırda ATƏT-in Minsk qrupunun həmsədrləri olan Fransa, ABŞ və Rusiya münaqişənin sülh yolu ilə həlli ilə məşğul olur./anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar