Ermənistan ordusu ciddi itkilər verib
25.09.2015 764 0.0 0

Azərbaycan tərəfinin endirdiyi artilleriya zərbələri nəticəsində Ermənistan ordusunun 4 hərbçisi ölüb.

Məlumata görə, bu haqda erməni mətbuatı xəbər verib.

“Ermənistan ordusunun cəbhə xəttində yerləşən hərbi hissələrindən birinin mövqeləri bu gün Azərbaycan ordusu tərəfindən raket-artilleriya zərbələrinə məruz qalıb”,- deyə Ermənistan Müdafiə Nazirliyinin yaydığı xəbərdə deyilir.

Ermənilərin verdiyi xəbərə görə, artilleriya zərbələri nəticəsində hərbi qulluqçular Norayr Xaçatryan (1995-ci il təvəllüdlü), Robert Mkrtçyan (1995), Arut Akopyan (1997) və Karen Şaginyan (1997) həlak olublar. Xeyli yaralının olduğu bildirilir.

Bu arada Azərbaycan Müdafiə Nazrliyinin verdiyi xəbərdə dövlət sərhədində vəziyyətin gərginləşməsinə və erməni mülki əhalisinə dəyən ziyana görə Ermənistanın kriminal hərbi-siyasi rejimi məsuliyyət daşıdığı qeyd olunur.

 


Məhv edilmiş düşmən əsgəri.

 

"Ermənistanın bəzi elekton kütləvi informasiya vasitələri cəbhədəki vəziyyət, guya düşmən tərəfindən hansısa postumuzun dağıdılması və Silahlı Qüvvələrimizin itki verməsi ilə bağlı növbəti dəfə yalan məlumat yayıblar",- deyə nazirlik bildirib.


Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bəyan edir ki, bu kimi xəbərlərin heç bir əsası yoxdur və dezinformasiya xarakteri daşıyır.

Heç şübhəsiz ki, siyasi və hərbi iflasa uğramış Ermənistan hakimiyyətindəki kriminal rejim tərəfindən təkrarlanan bu kimi informasiyalar ilk növbədə cəbhədəki uğursuzluğa, canlı qüvvə sarıdan verdikləri itkilərə görə erməni ictimaiyyəti qarşısında bəraət qazanmaq, eyni zamanda həmsərhəd kəndlərdə Azərbaycanın mülki vətəndaşlarına qarşı törətdikləri cinayətləri gizlətmək məqsədi daşıyır.

 


Azərbaycanın Müdafiə Nazirliyinin binası 


Silahlı Qüvvələrimizin bölmələri Ermənistanla dövlət sərhədi boyu yerləşən daha üstün və əlverişli yüksəkliklərdəki mövqelərdən düşmənin istənilən hərbi obyektini darmadağın etmək, təmas xəttinin dərinliyində olan yaşayış məntəqələrini, kommunikasiya xətlərini tam nəzarətdə saxlamaq imkanına malikdir.

Erməni tərəfinin, xüsusilə erməni mülki əhalisinin nəzərinə bir daha çatdırmağı vacib sayırıq ki, Azərbaycan əsgəri yalnız mülki əhaliyə atəş açmamaq barədə əmr alıb. Digər hallarda hərəkət edən istənilən hərbi obyekt komandanlığın icazəsi gözlənilmədən məhv ediləcəkdir. Bu səbəbdən də istənilən hərbi məqsədli vasitələrin mülki əhalinin olduğu yaşayış məntəqələrində yerləşdirilməsinə, qarşıdurma nəticəsində dinc sakinlərə vurulan ziyana görə məsuliyyət öz əhalisini məqsədyönlü surətdə girov saxlayan Ermənistan hakimiyyətinin üzərinə düşür./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar