Ermənistan müharibə dövründə Azərbaycan kəşfiyyatının böyük uğurunu etiraf edib
17.02.2022 298 0.0 0

Bu gün Ermənistan Milli Təhlükəsizlik Xidməti İkinci Qarabağ Müharibəsi dövründə erməni hərbçilərin Azərbaycanın xeyrinə kütləvi casusluq etdiyini etiraf edib.

Ermənistan Milli Təhlükəsizlik Xidməti mətbuat xidmətinin məlumatına görə, onlarla erməni hərbçi Azərbaycanın agenti olub və Bakının tapşırığı ilə müharibədə iştirak edib.

Onlar döyüş əməliyyatları zonasından hərbi xarakterli məlumatları Azərbaycana ötürüblər.

"Nəticədə müharibənin qızğın vaxtında düşmən erməni qoşunlarının növləri və sayı, hərbi texnika, taktika barədə və digər dəqiq məlumatlar alıb. Bunun nəticəsində düşmən pilotsuz təyyarələr və artilleriya vasitəsilə erməni qoşunlarını sıradan çıxarıb".

Azərbaycanın agentura şəbəkəsinə Ermənistan və Qarabağda hərbi hissələrdə olan keçmiş və fəaliyyətdə olan hərbi qulluqçular cəlb edilib, onlar hərbi postlara daxil olub qoşun və texnikanın hərəkətinin gizli qeydlərini apararaq Azərbaycan tərəfinə ötürüblər.

Casusluğa görə istintaqa 20 nəfər cəlb olunub, onlardan 14-ü həbs edilib, məlumatda bildirilir. /Turan/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar