Ermənistan dünənki itkilərini açıqladı - RƏSMİ
17.11.2021 372 0.0 0

Ermənistan Müdafiə Nazirliyi ötən gün Azərbaycanla sərhəddə baş vermiş döyüşlər zamanı öz itkiləri ilə bağlı məlumat yayıb.

Bildirək ki, “Noyabrın 17-də səhər saatlarına olan məlumata görə, bir əsgərin ölməsi, daha 13 əsgərin əsir götürülməsi barədə dəqiq məlumat var, 24 əsgərin taleyi məlum deyil”, - deyə Ermənistan Müdafiə Nazirliyi qeyd edib:

“Hərbçilərin tapılması istiqamətində intensiv iş aparılır. Həmçinin, iki döyüş postunun düşmənin nəzarəti altında olduğu qeyd edilir. Hazırda Rusiya tərəfinin vasitəçiliyi ilə vəziyyətin həlli və əsir düşən əsgərlərin geri qaytarılması istiqamətində danışıqlar aparılır”.

Xatırladaq ki, Ermənistan Milli Məclisinin Təhlükəsizlik Məsələləri Komitəsinin sədri Andranik Köçəryan noyabrın 16-da axşam saatlarında verdiyi açıqlamada Ermənistan ordusunun ən azı 15 əsgərinin öldüyünü, 12 nəfərin itkin düşdüyünü deyib.

Eyni zamanda, Ermənistan mətbuatı 30 nəfərin öldüyünü, 100-ə yaxın erməni hərbi qulluqçunun yaralandığını yazıb.

Ermənistan parlamentinin noyabrın 17-də keçirilən iclası öz işinə başlamazdan əvvəl döyüşdə ölən erməni əsgərlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib. Bu isə həyatını itirənlərin sayının çox olduğunu göstərir. Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılan bəzi məlumatlarda isə erməni hərbçilərin cəsədlərin Azərbaycanın nəzarət etdiyi postların arxa hissəsində qaldığı bildirilir. Yəni həmin itkin düşdüyü qeyd edilən 24 nəfərin məhz həmin cəsədlər olduğu istisna edilmir./cebhe.info/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar