Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır - Paşinyan
24.01.2022 294 0.0 0

Rəsmi Yerevan hesab edir ki, Bakı ilə sülh müqaviləsi imzalanmalıdır, lakin bu sənəd danışıqlar prosesində hazırlanmalıdır.

Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan öz "Facebook" səhifəsində onlayn formatda keçirilən mətbuat konfransında bildirib.

N.Paşinyan bildirib: "Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması haqqında çox danışılır. Bəli, sənəd imzalanmalıdır, amma əvvəlcə bu sənəd rəsmiləşdirilməlidir. Ermənistan bu danışıqlara hazırdır və biz bunu dəfələrlə bəyan etmişik".


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar