Ermənilərlə toqquşma oldu (VİDEO)
25.04.2015 915 0.0 0

Türklər erməni “soyqırımı” iddialarına etiraz olaraq yürüş keçiriblər.

ANS TV-nin Vaşinqton bürosunun məlumatına görə, Amerikada olan erməni diasporunun getdikcə artmaqda olan təbliğatına baxmayaqraq türklər “sülh və həmrəylik” mesajları verdi. Hadisələrə tarixin qərar verməsinə dair şüarlar səsləndirildi. Yürüşdə Amerikanın müxtəlif ştatlarından olmaqla 3 min insan iştirak etdi. Aksiya iştirakçıları əllərində “Qoy tarix qərar versin”, “Bölünməyək, birləşək” yazılmış plakatlar tutmuşdu. Təşkilatçılar isə sülh yolunu tutmalarını belə əsaslandırdı.

Aksiya təşkilatçısı İbrahim Uyar deyir ki, ilk dəfədir ki, “barış” mesajı verirlər. Onların istəyi ermənilərin Xocalı soyqrımını qəbul etmələri və bunu siyasi bir alət etməmələridir. 

Ağ Evin qarşısında başlayan aksiya Türkiyə səfirliyinə doğru yürüşlə davam etdi. Səfirlik önünə isə ermənilər də gəldi, türklər və ermənilər üz-üzə durdu. Türklər sülh şüaları səsləndirsə də ermənilər türklərə qarşı daha aqressiv oldu. Türkiyə əleyhinə şüarlar səsləndirdilər.

Hətta aksiyanın əvvəlində təşkilatçılar ermənilər əleyninə və Xocalı soyqırımı ilə bağlı plakatların qaldırılmasına mane olsalar da sonradan icazə verdilər. Aksiya getdikcə tərəflər arasında daha aqressiv şüarlarla davam etdi. Hətta ermənilər maşında hərəkət edən azərbaycanlıdan bayrağımızı aldı, avtomobilə təpik vurdu. Amerika polisi isə həmyerlimizlə sanki cinayət törətmiş kimi davrandı və onu qandallayaraq saxladı.

Ermənilərlə türklər arasında qarşıdurma gözlənildiyindən mitinqdə ciddi təhlükəsizlik tədbirləri görülmüşdü./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar