Ermənilərin mərmisi Tərtər sakinin evini yandırdı
04.04.2016 471 0.0 0

Ötən gün də cəbhədə silah səsləri dayanmayıb. Azərbaycan tərəfinin əks həmlə əməliyyatını birtərəfli qaydada dayandırmaq qərarına baxmayaraq axşam saatlarında təmas xəttində yenidən artileriya silahları işə düşüb.Məlumata görə, cəbhə xəttində mövqelərini itirən qarşı tərəf yenidən təxribata əl atıb.

Erməni silahlı birləşmələri dinc sakinlərin yaşadığı məntəqələri atəşə tutmağa davam edir. Bu dəfə atılan mərmilərdən biri Tərtərin Azadqaraqoyunlu kənd sakinilərindən birinin evinə düşüb.    

Ev sahibinin sözlərinə görə partlayış nəticəsində evdə qısamüddətli yanğın baş verib. 


“Gördük yanır vedrə ilə su tökdük söndürdük. Heyvanları yerləşdirirdim, gəldi düşdü. İkisi də qonşudan da aşağı düşdü” – deyə yerli sakin Mirzə Rəhimov bildirir. 

Yerli icra nümayəndəsi Nazim Xəlilov kənd ərazisinə düşən mərmilərin partlaması nəticəsində hələlik iki evə ziyan dəydiyini aşkar etdiklərini bildirib. “Kəndə bir neçə yerə düşüb hal-hazırda yeri müyyən deyil amma xəsarət yoxdu salamatçılıqdı”.  
Tərtər rayon FHN-nın sədr müavini İlqar Musayev isə bildirdi ki, kəndin artilleriya silahlarından atəşə məruz qalması nəticəsində elektrik təsərrüfatına, kommunikasiya xətlərinə ciddi ziyan dəyib. Kəndə gələn qaz borusu da zədələnib. O cümlədən Tərtərin Qapanlı kəndində yüksək gərginlikli elektirk xətləri və dirəklər sıradan çıxıb. /anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar