Ermənilərin kitabı bağlandı
26.04.2015 1796 0.0 0

Rusiya Türkiyənin üzərindən soyqırım ittihamlarının götürülməsi, yəni erməni məsələsinin ləğvi üzrə siyasətini davam etdirməkdədir. 

Məlumata görə, İrəvanda uydurma soyqırımın yüzilliyi ilə bağlı keçirilmiş tədbirlərin sönük keçirilməsindən sonra əksər erməni KİV-lərinin gəldiyi nəticə budur. 

Tədbirlərə cəmi 4 dövlət başçısı qatılmışdı ki, onlardan yalnız 2-si - Fransua Olland və Vladimir Putin böyük dövlətləri təmsil edirdilər. Halbuki, Serj Sarkisyan hakimiyyəti 1915-ci il hadisələrinin 100 illiyindən istifadə edərək, böyük dövlətlərin dəstəyi ilə uydurma soyqırımı Türkiyəyə qəbul etdirmək istəyirdilər. Bundan sonra maddi təzminat və ərazi iddiaları gündəmə gəlməli idi. 

Göründüyü kimi, tədbir alınmadı və bir sıra erməni KİV-ləri bunda əsas günahkar kimi Vladimir Putini hədəfə götürüblər. Yəni qərb liderləri Putinlə eyni tədbirə qatılmaq istməyiblər. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar