Almaniyada yaşayan türklər Berlindəki Türkiyə səfirliyinin binası önündə aksiya keçirməyə çalışan ermənilərə qarşı səfirliyin qarşısında bayraqla növbət tutublar.
Məlumata görə, bu, ermənilərin 1915-ci il hadisələri barədə səfirlik binası qarşısında qondarma “soyqırımı” iddiası ilə keçirəcəyi aksiyaya qarşı proflaktiki addım olub.
Bayraq növbətində “Berlin Türk İcması”, “Almaniya Türk Şurası” və “Atatürkçü Düşüncə Dərnəyi”nin nümayəndələri iştirak ediblər.
“Parlament məhkəmə, siyasətçilər hakim deyildir” yazılmış plakat açan və Türkiyə bayraqları daşıyan qrup, “Soyqırımı etmədik, vətənimizi çüdafiə etdik!” – şüarı səsləndiriblər.
Erməni aksiyaçılar Türkiyə səfirliyinin önünə gəldiyi zaman İstiqlal marşını oxuyan türklər həmçinin 1974 – 1984-cü illər arasında ASALA terrorçuları tərəfindən şəhid edilən 31 türk diplomatın şəkillərinin olduğu plakat açıblar.
Səfirliyin qarşısında türkləri görən az sayda erməni isə aksiyanı yarımçıq dayandıraraq dağılışıblar. /anspress/