Erməniləri mat qoydu
24.04.2015 786 0.0 0

“Ey Avropa Birliyi, 12 il baş nazir oldum. Hər getdiyimiz beynəlxalq toplantıda arxivlərimizi açmağa hazır olduğumuzu dilə gətirdik. Deyirəm ki, Ermənistan da açsın, üçüncü ölkələrdə varsa onlarda açsın. Hətta daha da irəli gedirəm və deyirəm ki, hərbi arxivlərimizi də açmağa hazıram".

Məlumatıa görə, bu sözləri dünən İstanbul Konqres mərkəzində keçirilən Çanaqqala 100-cü il Sülh Zirvə toplantısında prezident Rəcəb Tayyib Ərdoğan deyib. 

Qondarma erməni soyqırımından danışan Ərdoğan Türkiyəyə, türklərə qarşı hücumlar olduğunu deyib. "Biz yaşanan heç bir ağrı-acını görməməzlikdən gəlmirik. O zaman köçlər zamanı ölən 4 milyon müsəlman üçün nə qədər kədərləniriksə, həyatını itirən ermənilər üçün də o qədər üzülürük". 

Ərdoğan deyib ki, Birinci dünya müharibəsi illərində Türkiyənin də içərisində olduğu çoğrafiyada böyük fəlakətlər yaşanıb. Bu ağrı-acıları danışmağa həftələr, aylar kifayət deyil. 

"Bu torpaqlarda 349 şəhidlər xiyabanı var. Erməni dəstələri mülki əhaliyə qarşı qətliam törədiblər. Hər şey arxivdə öz əksini tapıb. Bizim bu sahədə heç bir narahatlığımız, qorxumuz yoxdur. Əcdadlarımız heç kimə zülm verməyiblər". 

Pre4zidnetin sözlərinə görə, hazırda Türkiyədə 80 min civarında erməni var. Onların yarısı Türkiyə vətəndaşı olsa da, yarısı Ermənistandakı yoxsulluqdan qaçıb. Bunlara baxmayaraq heç bir Ermənistandan deportasiya edilməyib.

"Tarixi kin və nifrət səhnəsi halına salmağın başda ermənilər olmaqla heç kimə faydası yoxdur. ermənilərə barış əli üzadan mesajlar verdim. Təssüf ki, bu əlimiz hər zaman havada qaldı. Erməni iddialarını dəstəkləyənləri eyni dönəmdə həyatını itirən 4 milyon müsəlmanın, erməni terrorçuların öldürdüyü 40-dan çox diplomatımızın da ağrı-acısını paylaşmağa dəvət edirəm". /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar