Erməniləri lal edəcək fakt
23.04.2015 672 0.0 0

Sabah ermənilər qondarma soyqırımlarının 100 illiyini qeyd etməyə hazırlaşırlar. Hər yerdə Osmanlı imperiyasında başlarına gətirilən "oyunlardan" danışan, bar-bar bağıran ermənilərin tarixlə üzləşməyə üzləri yoxdur. Dəfələrlə Türkiyə tərəfinin arxivlərin açılması, tarixçilərin 1915-ci il hadisələrini araşdırması barədə təklifini qulaqardına vuran ermənilərin arxivlərdən çıxan vəhşilikləri qan dondurur. 

Şahidlər müsəlman əhalinin ötən əsrin əvəllərində məruz qaldıqları vəhşilikləri gözlər önünə sərmək üçün kifayətdir. Trthaber-ə istinadla erməni qətliamlarının, vəhşiliklərinin canlı şahidi olanların xatirələri təqdim olunur. 

"Anam mənə sipər olduğu üçün erməni qətliamından xilas ola bildim". Məlumata görə, bu sözlər birinci dünya savaşı zamanı ermənilərin törətdikləri qətliamdan xilas olan şahidlərin sözləridir. 

Ərzurumun Aziziyə rayonunda yaşayan İsmail Gürcan daşnakların törətdiklərini gözlər önünə sərib. Onun sözlərinə qətliam ərəfəsində ermənilər kəndlərə giriş-çıxışa icazə verməyiblər.

"Qətliam günlərində erməni əsgərlər qar təmizləmə bəhanəsi ilə hamını meydana topladılar. Axşam düşəndə silah səsi eşidilib. Heç kim qaça bilməsin deyə hər evin qarşısında növbətçilər qoyulmuşdu. Səhərə qədər fəryad səsləri, iniltilər kəsilmədi. Səhərə yaxın gəlib qalan qoca, qadın və uşaqları da apardılar. 

Bizi güllələdilər. Anam mənə sipər olduğu üçün bütün güllələr ona dəydi. Ermənilər hətta meyitləri belə süngüdən keçirdilər. Anamın cəsədinin altında qaldığım üçün onun meyitindən keçən süngü məni də yaraladı. O zaman insan robot kimi olmuşdu. Onda heç bir ağrı-acı duymadım". 

Gürcanın sözlərinə görə, heç kim daşnaklar qədər vicdansız ola bilməz. O, ermənilərin sonradan məzlum kimi göstərilməsinin də yolverilməz olduğunu deyir. 

"Onlar qədər zalım millət yoxdur. Yaxşılıq gördüklərinə həmişə zülm ediblər. Qərbə də pisliklər edəcəklər".

Erməni qətliamının qurbanlarından biri də Vanda yaşayan İbrahim Sargın olub. Onun 65 qohumu ermənilər tərəfindən qətlə yetirilib. 

"Ermənilər indi türklərin onları təhqir etdiyini deyirlər. Biz onlarla qonşu olmuşuq. Onların səlahiyyətləri artandan sonra yollarını azdılar. Ermənilər qadınlara təcavüz edib, uşaqlarını təndirə atdılar. Üç aylıq uşaq təndirdə diri-diri yandı". 

Qətliamlar zamanı 13-14 yaşlarında olan Ərzincanlı Ahmet Tohumcu da ermənilərin insanlığa zidd hərəkətlərini ən xırda detalına kimi xatırlayıb. 

"Əmim qızını axtarmaq üçün atamla kəndə getmişdik. Burada addım atmağa yer yox idi. Hər yer cəsədlə dolu idi. Atamla əmim cəsədləri maşına yükləyirdilər. Təndirin yanında süngüdən keçirilən uşaqlar, balta ilə boynu vurulanlar. Başı bir, bədəni digər tərəfdə olanlar. Axşama qədər 600-ə yaxın cəsəd daşıdıq. Ermənilərin bizə vurduqları ziyan heç bir kitabda yoxdur"./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar