Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Klinik hospitalında cəbhədə baş vermiş son döyüşlərdə yaralanmış 53 hərbçi var.
APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, bu barədə hospitalın rəisi Aram Asaturyan məlumat verib.
O bildirib ki, üç hərbçinin vəziyyəti ağır, ikisinin vəziyyəti isə daha ağır qiymətləndirilir.
Ermənistanın səhiyyə naziri Armen Muradyan isə yerli jurnalistlərə açıqlamasında bildirib ki, Dağlıq Qarabağda son döyüş toqquşmalarında yaralanaraq İrəvandakı “Astrik” tibb mərkəzinə yerləşdirilən erməni əsgər orada ölüb.
O bildirib ki, hazırda İrəvandakı Radiasiya xəstəlikləri və yanıq mərkəzində iki könüllü müalicə alır: “Onların yanığı ciddi idi, lakin həyatını xilas etmək mümkün olub”.
Bu gün səhər isə Sisyan şəhərindən olan könüllünün, Azərbaycan Silahlı Qüvvələrinin kamikadze-dronunun vurduğu avtobusda yaralanmış Karo Ambartsumyan öldüyü barədə məlumat açıqlanıb.
Sisyan şəhər meri Aqasi Akopcanyanın sözlərinə görə, 56 yaşlı Karo Ambartsumyan ötən gün dəfn edilib.