Ermənilər rus qısası aldı-Yeni qalmaqal
27.02.2015 973 0.0 0

Gümrüdə daha bir Rusiya hərbi qulluqçusu qalmaqalı yaşanır

Ermənistanda Rusiya Federal Təhlükəsizlik Xidməti Sərhəd İdarəsinin Ermənistandakı hərbi qulluqçusu Artur Afyanın itkin düşməsi ilə bağlı cinayət işi açılıb.

Məlumatına görə, Ermənistan vətəndaşı olan Rusiya hərbi qulluqçusu haqqında Ermənistan cinayət məcəlləsinin "qəsdən adam öldürmə" maddəsilə cinayət işi açılıb.

Artur Afyanın itkin düşməsi ilə bağlı onun həyat yoldaşı da dindirilib. O bildirib ki, fevralın 21-də səhər saatlarından etibarən Artur Afyan telefon zənglərinə cavab vermir: "Son dəfə o danışanda dedi ki, Gümrüdən çıxıb evə - Marmaşen kəndinə gəlirəm". 

Artur Afyanın Gümrü şəhərində yoxa çıxdığı bildirilir. Rusiya Müdafiə Nazirliyi isə hərbi qulluqçunun itkin düşməsi faktını təkzib edib.

Qeyd edək ki, yanvarın 12-də Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasının əsgəri Valeri Permyakov bir erməni ailəsinin 7 üzvünü qətlə yetirmişdi./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar