Ermənilər Obamadan küsdü
24.04.2015 692 0.0 0

İrəvanın siyasi elitası şokdadır. ABŞ prezidenti onlar üçün sehirli olan "soyqırım" sözünü yenə də dilinə almadı. 

Bununla bağlı olaraq erməni mətbuatı yazır ki, 2008-ci ilin əvvəllində ABŞ-ın BMT-də səfiri olan Samanta Pauer Amerikanın erməni icmasını Ağ evə namizəd olan Barak Obamanı dəstəkləməyə səsləmişdi. 

Pauer erməni icmasına müraciətində o Obamanı doğurdanda etibarlı insan olduğunu demişdi. 

Bütün bu illər ərzində ermənilər ABŞ prezidentindən "erməni soyqırımını" etiraf etməsini gözləyə-gözləyə qalıblar. Erməni mətbuatı yazır ki, guya Obama "soyqırım" ifadəsindən Türkiyənin xətrinə dəyməmək üçün qaçıb. Amma bu iddia tamamilə əsassızdır. 

Birincisi - heç bir Amerika prezidenti bu termindən istifadə etməyib. İkincisi - bu qondarma soyqırımın olmasına dair görünür ki, onlarda da hər hansı şübhə var. Nə zamansa biz bu barədə daha dəqiq biləcəyik. 

Xatırladaq ki, Türkiyə dəfələrlə həqiqətləri gün üzünə çıxarmaq üçün arxivlərini açmağı təklif edib. Ermənilər isə bundan qaçıb və indi də qaçır. 

Hazırkı vəziyyətdə Obama məsuliyyətsiz bəyanatları ilə türk və azərbaycanlılara qarşı nifrət toxumu səpən bir sıra Avropa ölkələri liderləri, siyasi xadimlərindən fərqli olaraq çox müdrik addım atdı. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar