Ermənilər Kəlbəcərdə belə əylənir (VİDEO)
29.01.2017 1679 0.0 0

Ermənilər Azərbaycanın işğal edilmiş ərazilərindən görüntülər paylaşmaqda davam edir.
 
Qazeta.info Baku.ws-ə istinadla xəbər verir ki, bu dəfə onlar Kəlbəcərin İstisu sanatoriyasından video paylaşıb. 
 
Qeyd edək ki, erməni gənclər Azərbaycanın işğal edilmiş əraziləridən bu cür videoları tez -tez paylaşırlar.
 
Əlavə edək ki, Kəlbəcər İstisu mineral ehtiyatı və "İstisu" sanatoriyası ilə dünyada tanınıb. İstisu sanatoriyası Kəlbəcərin qərb hissəsində – silsilə dağ yamaclarındadır. İstisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlib. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu sular dünyada məşhur olan Karlovı-Varı bulaqlarının (Çexiya) eynidir və bir çox digər xüsusiyyətlərinə görə dünyada yeganədir.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar