Ermənilər başlarını itirir
24.03.2015 820 0.0 0

Erməni ordusu daha ideal vəziyyətdə olmalıdır. 

İrəvanda belə hesab edirlər. Azərbaycan əsgərlərinin əməliyyatları ilə itkilər verən erməni ordusunu bu ölkənin mətbuatı diqqətdən kənar saxlamır. 

Mərkəzi erməni qəzetlərindən biri erməni silahlı qüvvələrinin uğursuzluqlarında öz tərəfdaşlarını - Rusiyanı ittiham edir. Nəşrin yazdığına görə, prezident Serj Sarkisyan dəfələrlə Moskvadan Azərbaycana erməni əsgərlərinin öldürüldüyü silahları satmamasını istəyib. 

Bundan başqa qəzet Kremli Bakıya erməni əsgərlərinin ölümü ilə nəticələnən əməliyyatlara razılıq verməkdə ittiham edir. 

Silahı biz doğurdanda alırıq. Ermənistandan fərqli olaraq onları real qiymətinə əldə edirik. Hərbi əməliyyatalara gəldikdə isə Bakı heç vaxt, heç kimdən razılıq əldə etmir. Biz işğal altında olan torpaqlarımız düşməndən tamam azad edilənə kimi çalışacağıq. 

Əlbəttə ki, mətbuatın diqqət mərkəzində olan Azərbayaca qaçan eməni hərbçi Andronik Qriqoryandır. Politoloq Qrand Melik Şahnazaryan "Sputnik Armenie" radiosuna açıqlamasında deyib ki, Azərbaycan əsirdən öz antiermənistan təbliğatında istifadə edir. Amma o unudur ki, Qriqoryan əsir düşməyib, könüllü təslim olub. 

Görünür ki, Qriqoryanın edəcəyini başqa erməni əsgərlərindən təkrar edəcəyindən qorxan politoloq erməni KİV-lərdən tələb edib ki, Azərbaycan mətbuatının materiallarını dərc edib, tirajlamasınlar. 

Xüsusi bəyanatla qondarma rejimin qondarma müdafiə naziri də çıxış edib. Onun iddiasına görə, Qriqoryan qarşı tərəfə keçməsi quramadır. Çünki erməni əsgərləri onun cəhdinin qarşısını almaq üçün dərhal atəş açmalı idilər. 

İndi özünüz baş açın ki, niyə sizin əsgərlər atəş açmayıblar. Bəlkə yazıqları gəlib, bəlkə də ona paxıllıq ediblər. Axı sabah onlardan istənilən şəxs azərbaycanlı əsgərin gülləsinə tuş gələ bilər. 

Amma bu bəyanatda ən gülməli məqam odur ki, guya videoda erməni əsgərin zorakılığa məruz qaldığı aydın görünür. Sayıqlama. Əslində siz bizim girovlarımızı hansısa qondarma fantastik diversiya əməliyyatında ittiham edərək zorakılığa məruz qoymusunuz. 

Burda isə erməni əsgər sadəcə təsadüfən ölmək istəmədiyi üçün könüllü bizim tərəfə keçib. Qriqoryanın işi ilə bağlı erməni tərəfi araşdırmaya başlayıb. Mətbuatda yer alan məlumata görə, onun atası artıq sorğu-sual üçün polisə çağırılıb. Çox böyük ehtimal ki, orada onu oğluna pis tərbiyə verdiyi, bəlkə də profilaktika üçün döyəcəklər. 

Görünür ki, erməni politoloqlar məhz buna görə, ordunun daha ideal olmalı olduğu barədə danışanda bunu nəzərdə tutublar. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar