Erməni uşaqlar Bakıya gəlir
07.05.2015 902 0.0 0

Bu il Bakıda keçiriləcək 47-ci beynəlxalq kimya olimpiadasında Ermənistandan da şagirdlər iştirak edəcəklər. 

Məlumata görə, bu barədə Ermənistan Təhsil və Elm Nazirliyindən məlumat verilib. Məlumata görə, olimpiada 20-29 iyulda Bakıda keçiriləcək. Nazirlikdən yayılmış məlumatda bildirilir ki, erməni şagirdlərin olimpiadalarda iştirakının vacibliyi nəzərə alınaraq bu qərar verilib. 

Hazırda Ermənistan komandası səfərə hazırlaşır. Onları Ermənistan təhsil və erməni naziri Armen Aşotyan müşayiət edəcək. 

Ermənistan tərəfi bildirir ki, Azərbaycan tərəfi erməni nümayəndə heyəti üçün müvafiq təhlükəsizlik zəmanəti verib. Buna görə də Ermənistan tərəfi çəkinmədən olimpiadada iştirakla bağlı qərar verib. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar