Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski Türkiyəni böyük terror dalğası ilə hədələyib.
Məlumata görə, "Rossiya 1" telekanalının "Poyedinok" (Qarşıdurma) verilişində çıxış edən Vladimir Jirinovski Türkiyə ordusunun Suriyaya girəcəyi təqdirdə Rusiyanın atacağı addımlardan danışıb. Onun sözlərinə görə, Türkiyə şəhərlərinə kürd və erməni terrorçularının dəstəyi ilə terror hücumları ediləcək:
"Həmin andan bütün Türkiyədə terror hücumları başlayacaq. Hökumət binaları yanacaq, hərbi düşərgələr havaya uçacaq. Bunu kim elədi? Biz bilmirik. Bunu silahlı kürdlər elədi, bəlkə də erməni silahlıları. Yunanlar, bolqarlar, ərəblər. Onlar orda miylonlarladır. Biz hardan bilək, onlar partlayıcı qurğuları kimdən alıblar".
Rusiyalı siyasətçi dünən Ankarada baş vermiş partlayışı məşq adlandırıb: "Dünən məşq idi, sabah bütün Türkiyə yanacaq",- deyə Vladimir Jirinovski fevralın 17-si axşam saatlarında Ankarada baş vermiş qanlı terror aktından danışıb.
Rusiyalı siyasətçinin bu sözləri Ermənistanda elə də sevinc doğurmayıb. Erməni mətbuatı Rusiyanın Türkiyə ilə münaqişəyə Ermənistanı da cəlb etməyə çalışmasından qorxu ilə yazır. Erməni şərhçi Naira Hayrumyan bu gün yazdığı məqaləsində Moskvanın Ermənistanı bu münaqişəyə çəkmək üçün bir çox gedişlər etdiyini vurğulayır: “Rusiyanın “İnterfaks” agentliyi gözlənilmədən 200 milyon dollar kredit qarşılığında Kremlin Ermənistana verəcəyi silahların siyahısını dərc elədi". Məlumatın məhz fevralın 18-də dərc olunmasına diqqəti çəkən Hayrumyan həm də Jirinovskinin dünənki verilişdə dediklərini xatırlayır. O, silahların siyahısının dərc edilməsinin Rusiyanın Türkiyəyə mesajı olduğunu bildirir: "Rusiya "partlayıcıların" kimin əlində olcağına işarə vurur".
Ankarada baş verən terror aktı
"İnterfaks"da dərc olunmuş siyahıya görə isə, həmin onillik kredit üzrə Ermənistanın Rusiyadan "Smerç" reaktiv sistemini və onun döyüş sursatlarını, ZRK "İqla-S" və onun raketlərini, "Avtobaza-M"kəşfiyyat radiotexnika kompleksləri, TOS-1A ağır oqnemyot sistemləri TZM-T nəqliyyat-yükləyən maşınlar ilə 9M113M idarə olunan raketləri, RPQ-26 qumbaraatanları, B-429E partladıcıları, Draqunov SVD - snayper tüfəngləri, zirehli tank texnikası, "Tiqr" zirehli avtomobilləri, mühəndislik vasitələri və əlaqə vasitələrinin alınması nəzərdə tutulur.
"Rossiya 1" telekanalının "Poyedinok" verilişi - 18 fevral
Amma, göründüyü kimi, Rusiyanın bu əliaçıqlığı Ermənistan şərhçilərində elə də sevinc doğurmur. Ermənilər 1915-ci ildə olduğu kimi yenidən Rusiya-Türkiyə münaqişəsində alətə çevrilməkdən qorxurlar. Erməni şərhçi İqor Muradyanın fikrincə, tərəflər arasında qalmaqal çox tezliklə keçəcək: “Rusiya barışıq yolunda qurban vermək üçün nəsə axtarmağa başlayacaq və bizi tapacaq”.
Beləliklə, Ermənistan 100 ildən sonra yenidən tarixi seçim qarşısında qalıb və hər an Rusiya - Türkiyə münasibətlərinin “peşka”sına çevrilə bilər. Yüz illər boyu Osmanlılar tərəfindən “milləti-sadiqun” deyə şərəfləndirilmiş və imperiyanın ikinci xalqı səviyyəsinə qaldırılmış ermənilər 100 il qabaq etdikləri xəyanət nəticəsində tarixi vətənlərini itirdilər. Tarixi ağalarına indiki ağalarının diqtəsi ilə bir daha xəyanət etsələr, erməniləri nə gözləyəcəyini yalnız zaman göstərəcək. /anspress/