ERMƏNİSTANDA SARKİSYANA QARŞI YENİ SİYASİ BLOK
09.02.2015 945 0
Ermənistanda prezident Serj Sarkisyanın hakimiyyətdən uzaqlaşdırılması məqsədilə yeni siyasi blok yaradılır.
Məlumata görə, ölkə mətbuatı yazıb ki, yeni siyasi birliyə "Çiçəklənən Ermənistan" partiyası, "Erməni Milli Konqresi"və "İrs" partiyası daxildir.
"Çiçəklənən Ermənistan" partiyasının sədri Qaqik Sarukyan, "Erməni Milli Konqresi" rəhbəri Levon Ter-Petrosyan və "İrs" partiyasının başçısı Raffi Ovannisyan arasında bu il fevralın 15-də görüş keçirilməsi haqqında razılıq əldə olunub.
Üç partiyanın birgə bəyanatında deyilir ki, görüşdə ümumxalq hərəkəti çərçivəsində sonrakı birgə fəaliyyət, hakimiyyətə yeni təzyiq metodları ilə bağlı müzakirə aparılacaq.//AnsPress
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər