ERMƏNİSTAN MÜDAFİƏ NAZİRİ QARABAĞA GƏLİB
07.02.2015 1162 0.0 0

Ermənistanın müdafiə naziri Seyran Ohanyan Dağlıq Qarabağa gəlib. 

Ermənistan KİV-lərinə istinadən verilən məlumata görə, Ohanyan burada separatçı rejimin rəhbəri Bako Saakyanla görüşüb. Görüşdə digər separatçı general Kamo Vardanyan da iştirak edib. 

Qeyd edək ki, Seyran Ohanyan ermənilərin işğalı altında olan Dağlıq Qarabağa tez-tez səfər edir. Müdafiə naziri bununla onsuz da ruh yüksəkliyi aşağı səviyyədə olan erməni əsgərlərin arasında canlanma yaradacağına ümid edir. 

Ancaq çətin ki, son bir ayda 20-dən çox itki verən və onlarla yaralısı olan Ermənistan ordusu üçün bu səfər ruh yüksəkliyi üçün səbəb olsun. //AnsPress


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar