Erməni əsirliyində olan azərbaycanlılarla bağlı dəhşətli faktlar (FOTO)
06.10.2015 873 0
Avrasiya Türk Qadınlar Birliyi Azərbaycanla bağlı şok statistika açıqlayıb.
Qazeta.info Baku.ws-nin məlumatına əsasən bildirir ki, Hollandiyanın Lahey şəhərində yerləşən birlik "Bütün türk dünyasının utancı, Ermənistanda türk qadınlar əsir saxlanılır" mövzusunda panel təşkil edib.
Paneldə çıxış edən natiqlər Qarabağda əsir düşən Azərbaycan vətəndaşlarının sayının 4700 nəfər olduğunu açıqlayıb. Haaqa Avrasiya Türk Qadınlar Birliyi rəhbəri Fatma Aktaş bu əsirlərin 2700-nün qadın və uşaqlardan ibarət olduğunu bildirib. Ümumilikdə qadın əsir sayının 1400-dən çox olduğu söylənilib.
Hazırda həmin azərbaycanlıların əsirlikdə saxlanıldığını deyən birlik sədri 24 ildir davam edən bu əsirlik hadisəsini yaxından təqib etdiklərini bildirib: "Bunu hər il gündəmdə tutmağa çalışırıq. Türk dünyasından bu kimi mövzulara çox az maraq var. Ermənistana əsirlər haqqında siyasi və iqtisadi bir təzyiq edilmir. Əsir qadınların və uşaqların üzərində tibbi təcrübələr aparılır".
Qeyd edək ki, Qarabağ döyüşlərində 20 mindən çox Azərbaycan vətəndaşı şəhid olub. Minlərlə insan yaralanıb. 50 mindən çox adam şikəst qalıb. Rəsmi məlumatlara görə isə Qarabağ müharibəsində ümumi əsir düşənlərin sayı 4354 nəfərdir. Bunlardan 3503-ü əsgər, yerdə qalan 841 nəfər isə sıravi vətəndaşlardır. Əsir düşənlərdən 269-u qadın, 46-sı isə uşaqlardır.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər