Erməni silahlı bölmələri Ağdamda çobanları atəşə tutub
21.02.2017 797 0
Erməni silahlı bölmələri Ağdam rayonunda dinc sakinləri atəşə tutub.
Məlumata görə, ötən gün axşam saatlarında Ağdamın Ayaq Qərvənd kəndinin otlaq sahələrində çobanlar atəşə məruz qalıblar. Çobanlar atəşdən yayına bilsələr də, kənd sakini Mehman Məmmədova məxsus iki qoyun tələf olub.
Azərbaycan Ordusunun cavab atəşindən sonra düşmən susdurulub, çobanlar ərazidən uzaqlaşıblar./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər