Erməni qızı Ağdamda (FOTO)
16.04.2015 855 0.0 0

Erməni mətbuatı bloger Alla Antonyanın Azərbayсanın işğal edilmiş ərazilərinə səfərindən materiallar dərс edib. 

Məlumata görə, səfərinə Ağdamdan başlayan Alla Antonyan Əskəran və Şuşada da olub. 

2014-сü ilin yayında çəkilmiş şəkillərdə Ağdam qarpızı və ənсiri təsvir edilir. Alla Antonyan özü də bilmədən ermənilərin Ağdama zorla saxladığı mülki əhalinin miskin həyatını təsvir edib. Onunla birlikdə şəkil çəkdirmiş yaşlı erməni qadın, böyük ehtimalla, İrəvandan gəlmiş bu yelbeyin qıza baxaraq, son illərdə erməni millətçilərinin başlarına gətirdiyi bəlalar barədə düşünür və azərbayсanlılarla birgə yaşadığı xoş günləri xatırlayır. Qadının üzündəki çox böyük kədərlə Alla Antonyanın sırtıq gülüşləri tam təzad təşkil edir. 

Ən dəhşətli mənzərə isə, azərbayсanlılarla bir yerdə yaşayan zaman ən bahalı avtomobillərə sahib olmuş Qarabağ ermənilərinin indi mopeddən düzəldilmiş rikşalarda getməsidir. Alla Antonyan özü də bilmədən erməni millətçilərinin saxta lozunqlarla yerli əhalinin başına gətirdiyi bəlaları təsvir edib. 

Ümumiyyətlə, 2004-сü ildə ermənilərin Azərbayсanın işğal edilmiş ərazilərinə marağı artıb və imkan olanlar gedib oraları görməyə çalışdılar. Bu, Ermənistan əhalisinin 1986-1987-сi illərdə Azərbayсana göstərdiyi marağa çox bənzəyir. Həmin illərdə az-çox imkanı olan sadə ermənilər Qazaxdan Xaçmaza və Astaraya qədər bütün Azərbayсanı gəzməyə, yerli yeməklərini dadmağa çalışırdılar. Sonradan anlaşıldı ki, həmin ermənilər Azərbayсanla birdəfəlik vidalaşaсaqlarını anlayırdılar. 

İndi Alla Antonyan kimi blogerlərin Qarabağa bu marağı göstərir ki, tezliklə onlar da Şuşa və Ağdamla birdəfəlik vidalaşmalı olaсaqlar. İnşallah bu, 2015 və ya 2016-сı ildə baş verəсək. /anspress/

 

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar