Erməni ordusuna növbəti zərbə- Rəsmi
05.09.2015 627 0.0 0

Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttində bir neçə yerdə mövqelərimizə basqın etməyə cəhd göstərib.
Silahlı Qüvvələrimizin bölmələrinin əvvəlcədən düşməni aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə atəş gücü vasitəsilə təsirdən sonra işğalçılar avtomat və silahın darağını ataraq geri çəkilməyə məcbur edilib.
Qazeta.info Müdafiə Nazirliyinə istinadla bildirir ki, ilkin məlumata görə düşmənin diversiya qrupunun 2 üzvü öldürülüb və yaralıları var.
Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar