Erməni nazirin müharibə qorxusu
14.03.2015 797 0.0 0

Ermənistan Rusiya silahlarının Azərbaycana satılmasını istəmir. 

Qazeta.info ANS PRESS-in məlumatına istinadla bildirir ki, bunu bu ölkənin xarici işlər naziri Edvard Nalbandyan Sloveniyanın "Dnevnik" qəzetinə verdiyi müsahibəsində deyib.

O, növbəti dəfə saxtakarlığa əl atıb, dünya ictimaiyyətini çaşdıran, özlərini doğruya çıxaran fikirlər səsləndirib: "Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsində Minsk qrupunun həmsədrləri tərəfindən ifadə edilmiş mövqeyi dəstəkləyirik. Münaqişənin həllinə dair həmsədr ölkələrin - Rusiya, ABŞ və Fransanın mövqeyi bu ölkələrin prezidentləri tərəfindən verilmiş 5 bəyanatda əksini tapıb. Bizim mövqemiz Minsk qrupu həmsədrlərinin təklifləri ilə uyğundur. Biz həmin 5 bəyanatı müsbət qarşılayırıq və bildiririk ki, onların tərəfindən təklif edilmiş üç prinsip və beynəlxalq hüququn elementi əsasında həll yoluna hazırıq."

O, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə aparılan danışıqların indiki mərhələsinə toxunub, "Qafqazda ərazi mübahisəsinin nizamlanması qüdrətli dövlətlərin maraqlarına daxildirmi" sualına cavabında əsl yaltaqlıq nümayiş etdirib: "Düşünmürəm ki, biz, kiçik ölkələr böyük dövlətləri ittiham etməliyik. Son 6 ildə üç ölkənin vasitəçiləri çox səy göstərdilər, təqribən 20 sammit, nazirlər səviyyəsində 10 görüş təşkil etdilər və regiona bir neçə dəfə səfərə gəldilər.

E.Nalbandiyan növbəti dəfə sərsəmləyərək söyləyib ki, guya Azərbaycan həmsədrlər tərəfindən verilən təkliflər əsasında münaqişənin həll prinsipinə qarşı çıxır. Azərbaycan etibarın möhkəmləndirilməsi, münaqişənin həlli ilə bağlı bütün təklifləri rədd edir.

Erməni nazir münaqişənin hərbi yolla həllində Azərbaycanından çəkindiklərini, Azərbaycanın hərtərəfli güclü olduğunu da etiraf edib: "Əgər energetika resurslarını, neft və qazı nəzərə almasaq belə Azərbaycan daha güclüdür. Təbii ki, belə olan halda Azərbaycan öz gücü ilə lovğalanır. 

Onun məntiqinə görə, müharibəni təbliğ edən ölkə dünyada güclü ola bilməz. Azərbaycan 10 ildir hərbi büdcəsini təqribən 30 dəfə artırıb, davakar ritorikasını amansızlaşdırıb, nifrət təbliğatını genişləndirib və daim güc tətbiq etməklə bizi hədələyir.

E.Nalbandyan sonda "aciz diplomatiya" yürüdüb, üstüörtülü şəkildə İrəvana mesaj verərək, həmsədrlərə yalvarış edib: "Bütün müharibələrdən sonra tərəflər ən pis şərtlərlə də olsa, danışıqlar masasına qayıtmalıdır. Bizim üç həmsədrlə birlikdə danışıqları davam etdirmək imkanımız var. Beynəlxalq ictimaiyyətin təkliflərinə əsasən həll prosesinin irəliləyişi üçün bu imkandan niyə istifadə etməyək?!"

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar